Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, nazirlik gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, nazirlik rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq, Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
İşə hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, nazirlik 5 min manat cərimə olunacaq.
Əhməd