Braziliyanın Azərbaycandakı səfirliyi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı səfirliyin keçmiş işçisi Qatayev Cəmil Yadulla oğludur.
Cəmil Qarayevin iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.
Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.
Cəmil Qarayevin işdən çıxarılmasının səbəbi bəlli deyil. Məsələnin təfərrüatlarını öyrənmək üçün onun özü və Braziliyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.
Seyid
Şərhlər