Xəbər lenti

Bu qadın tarixə düşə bilər
Ölkə09:33 18.06.2015

Bu qadın tarixə düşə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniyada yaşayan Megi Ley (Maggi Lieu) adlı tələbə tarixə düşə bilər.

Anspress-in məlumatına görə, Yerə bir daha qayıtmamaq məqsədilə Marsa getməyi düşünən Megi elə orada ana olmaq istəyir. Universitetdə astorofizik ixtisasına yiyələnən Megi kosmosda dünyaya uşaq gətirmək istədiyini bildirib.

“Mars One” şirkətinin 2012-ci ildə elan etdiyi “Qızıl Planet”də kaloniya qurmaq ideyası ilə bağlı 200 min insan müraciət edib. Seçimlərdən keçən insanlar 9 il müddətində müxtəlif testlərdən keçəcək və 2024-cü ildə yola çıxaçaqlar.

24 yaşlı ingilis tələbə Maggi Lieu da həmin insanlar arasındadır və o kosmosda dünyaya uşaq gətirmək istədiyini bildirib. Əgər onun müraciəti qəbul olunarsa Lieu 33 yaşında Marsda olacaq və istəyini reallaşdıra bilsə ilkə imza atmış olacaq. 

Maggi Lieunun bu təklifinin “Mars One” şirkəti tərəfindən necə qarşılanacağı isə bilinmir.

Qaynar.info