"Bütün emal olunan, konservləşdirilmiş, hisə verilmiş ərzaq məhsulları sağlamlıq üçün təhlükəlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla professor Charles Swantonun bağırsaq xərçəngi riskini artıran iki qida ilə bağlı fikirinə münasibət bildirərkən deyib.
Professor həmin məhsulların kanserogen təsirinin mövcud olduğunu vurğulayıb:
"Digər yandan da orqanizmdə siqnal intensivliyinin dəyişməsi, orqan və toxumalarla DNT arasında utoimon xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Sosiska, kolbasa yeməmək də olar. İnsanlar özləri də sağlamlığının qeydinə qalmalıdırlar".
Adil Qeybulla bütün dünyada qida təhlükəsizliyinin ciddi bir durumda olduğunu önə çəkib:
"Əslində, dünya əhalisi artdıqca onları təbii qidalarla təmin etmək imkanı mümkünsüzə çevrilir. Ona görə də bir tərəfdən genetik modifikasiya olunmuş ərzaqlar, bir tərəfdən də saxlanma imkanları yüksək olan ərzaqların xüsusi çəkisi artır. Genetik modifikasiya olunmuş ərzaqların haqqında insanların təsəvvürü yalnışdır".
Xatırladaq ki, professor Charles Swanton sağlam olmayan və həddindən artıq işlənmiş qidaların xərçəngə tutulma riskini çox olduğunu vurğulayıb. Məşhur onkoloq bağırsaq xərçəngi riskini artıran iki qidanın adını açıqlayıb:
"Kolbasa və sosislərdir. Araşdırmalar göstərib ki, hər gün emal edilmiş ət istehlak edən şəxslərdə bağırsaq xərçənginə tutulma riski 40% yüksəkdir. Bunun əsas səbəblərindən biri ətlərdəki nitratların zərərli birləşmələrə çevrilərək hüceyrələrə ziyan vurmasıdır”.
Bahar Rüstəmli
Şərhlər