Avstraliyanın 178 turizm obyektinin ən azı yarısı - milli parklardan tutmuş şəhərin görməli yerləri və hava limanlarına qədər - iqlim dəyişikliyi səbəbindən ciddi risklərlə üzləşir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" Sürix sığorta və iqtisadi analitiklər qrupu "Mandala"nın hesabatına istinadən yazıb.
Analitiklər ölkədəki 620 min turizm sahəsinin çoxunun risk altında olacağını proqnozlaşdırırlar.
"Problemin böyük miqyası bizi heyrətə gətirdi", deyə yqtisadiyyat üzrə ekspert Adam Triqqs bildirib.
Hesabat regionların doqquz iqlim təhlükəsinə nə qədər həssas olduğuna diqqət çəkir: külək, daşqın, istilik, soyuq, tufanlar, quraqlıq, meşə yanğınları, dolu və leysan.
İqlim modellərindən istifadə edərək əsrin ortalarına qədər yer kürəsinin 2 dərəcə istiləşdiyi istixana qazları emissiyalarının orta ssenarisi nəzərə alınıb. Bu istiləşmə səviyyəsi Avstraliyanın turistik yerlərinin 68%-ni risk altında qoyur.
Kvinslenddə belə mülklərin 52%-i beş risk kateqoriyasından ən yüksəyindədir. Bu, ölkənin digər ştatlarından çoxdur.
Yüksək risk altında olan diqqətəlayiq yerlərə Sidneyin Kral Nəbatat Bağları və Bondi Çimərliyi, Viktoriyadakı Böyük Okean Yolu və Qrampianları, Qərbi Avstraliyadakı Kabel Çimərliyi və Kalbarri Milli Parkı, Kanberradakı Milli Dendrari Parkı daxildir.
Cənubi Avstraliyada ən çox risk altında olanlar Barossa və Adelaida təpələri, həmçinin Kvinslenddəki Daintree və K'Gari adaları, Tasmaniyadakı Katarakt dərəsi və Şimal ərazisindəki Kakadu və Ulurudur.
Şərab bölgələri, botanika bağları, mənzərəli yollar, yağış meşələri və milli parkların ən yüksək iqlim riski kateqoriyalarında olduğu müəyyən edilib. Muzeylər, qalereyalar və stadionlar nisbətən az risklidir.
Aydın
Şərhlər