Xəbər lenti

Bu qurum Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı
Ölkə06:14 09.12.2017

Bu qurum Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bununla bağı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" qərarda dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış "Nazirlər Kabineti yanında" sözləri çıxarılıb.
Bununla yanaşı, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı "Nazirlər Kabineti yanında" sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.