Ekonomiks 09:21 12.10.2023

Bu quruma sədr əvəzi təyin edildi

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinin İdarə Heyətinə yeni sədr əvəzi təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Malik Kamran oğlu Vəliyev gətirilib. 

Malik Vəliyev həmin qurumda sədrin müavini vəzifəsini tutur.

Qeyd edək ki, bu ilin iyun ayında Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsinin İdarə Heyətinin 39 yaşlı sədri Emin Rəsulov ürək tutmasından dünyasını dəyişib.

Fotoda Emin Rəsulov


Əhməd