Xəbər lenti

"Bu səbəbindən Rusiyua büdcəsi gəlirlərinin 24 faizini itirəcək" - Ekspert
Ekonomiks14:00 01.05.2022

"Bu səbəbindən Rusiyua büdcəsi gəlirlərinin 24 faizini itirəcək" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa İttifaqı Rusiya neftinin idxalına embarqo qoysa, dövlət büdcəsi gəlirlərinin 22-24 faizini itirəcək".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko telemarafonun efirində deyib.
"Avropa İttifaqına satılan neftdən əldə edilən pul Rusiyanın 2021-ci il üçün ümumi büdcəsinin 22-24 faizini təşkil edir. Ona görə də bu itki çox ciddidir. Bu ağrılı, güclü və çox əhəmiyyətli təsir olacaq".
Xarçenkonun sözlərinə görə, Aİ neft embarqosu tətbiq etsə, Rusiya başqa alıcı tapa bilməyəcək:
"İnfrastruktur və logistik baxımdan dünyada heç kim Avropa İttifaqı ölkələrinin əvəzinə belə bir alıcı kimi çıxış edə bilməyəcək. Çünki infrastruktur yoxdur. Neft kəmərləri məhz Avropa İttifaqına aparır. Rusiyanın nöqteyi-nəzərindən, yumşaq desək, vəziyyət kədərli görünür".
Aydın