Xəbər lenti

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar
Ölkə16:15 30.04.2020

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq. 
Qaynarinfo-nun məlumatına görə, bu barədə Milli Məclisə təqdimat daxil olub.
Bakı Apelyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər. Həmçinin Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (oxu.az)