Xəbər lenti

Bu şəxslər üçün Azərbaycan vətəndaşlığını almaq asanlaşdı
Ölkə10:42 26.01.2018

Bu şəxslər üçün Azərbaycan vətəndaşlığını almaq asanlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada yaşayan SSRİ pasportuna malik şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi asanlaşır.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.
Qanunun 14-cü maddəsinə təklif edilən dəyişikliklərə əsasən, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycanda daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.
Bu müddət könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
Qanun layihəsi Milli Məclisin fevralın 1-də keçiriləcək sessiyasına tövsiyə olunub.