Xəbər lenti

Bu siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq
Ölkə12:07 22.08.2025

Bu siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də "Azərbaycan tarixi" fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.
Qaynarinfo xəbər verir ki, bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.
Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.