Bu gün Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, Azərbaycanın Avropadakı tək təmsilçisi "Qarabağ" səfərdə meydana çıxacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komandamız Almaniyada "Ayntraxt"ın qonağı olacaq. Frankfurtdakı "Kommersbank Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23.30-da başlayacaq. Görüşü portuqaliyalı FİFA referisi Duarte Qomes idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda almanlar 2:0 hesablı qələbə qazanıb. "Qarabağ"ın Almaniyada bu məğlubiyyətin əvəzini çıxıb, qrup mərhələsinə vəsiqə qazanması inandırıcı görünməsə də, təmsilçimiz cari mövsümdə Avropadakı son oyununu yaxşı nəticə ilə başa vurmağa çalışacaq.
"Qarabağ" bu mövsüm Avropa Liqasında Makedoniyanın "Metallurq" (1:0, 1:0), Polşanın "Piast" (2:1, 2:2) və İsveçin "Gefle" (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
Play-off
Cavab oyunları29 avqustAyntraxt (Almaniya) - Qarabağ (Azərbaycan)
Ayntarxt (gözlənilən heyət): Kevin Trapp, Karlos Zambrano, Bastian Oçipka, Takaşi İnui, Aleksandr Meyer, Stefan Ayqner, Yohannes Flum, Sebastian Rode, Anderson Bamba, Stefano Seloççi, Martin Laniq.
Qarabağ (gözlənilən heyət): Miro Varvodiç, Qara Qarayev, Maksim Medvedev, Nikolas Gelaşvili, Rəşad Sadıqov, Leroy Corc, Riçard Almeyda, Muarem Muarem, Admir Teli, Ansi Aqoli, Çumbinyo.
Hakimlər: Duarte Qomes, Venansio Tome, Luis Kampos, Bruno Esteves (Portuqaliya).
UEFA nümayəndəsi: Nils Fisketjonn (Norveç).
Hakim-inspektor: Mişel Vautrot (Fransa).
Frankfurt. "Kommersbank Arena". Saat 23.30.
Qaynar.info