Xəbər lenti

Bu stansiyaya giriş bağlandı
10:00 07.03.2015

Bu stansiyaya giriş bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteninin “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb. 

Bu barədə Anspress-ə Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib.

Bakı Metropolitenindən verilən məlumata görə, stansiyada mərmərlərin dəyişmə prosesi aparılır:

“Məlum olduğu kimi Bakıda bəzi keçidlər təmirdədir. Hazırda yerə döşənmiş mərmərlərin dəyişmə prosesi davam edir. Məhz bu səbəbdən “Gənclik” metrosunun çıxışlarından biri bağlanıb. Digər çıxışlar isə hazırda işlək vəziyyətdədir. Sözügedən ərazidə kommunikasiya xətləri dəyişdiriləcəyi üçün Tofiq Bəhramov adına stadion istiqamətindəki giriş-çıxış müvəqqəti bağlanıb". 

Qeyd edək ki, təmirə bağlanan metro çıxışı gələn həftənin ilk iş günündən istifadəyə veriləcək.

Qaynar.info

Oxşar xəbərlər