Xəbər lenti

Bu telefonla təyyarəyə minmək qadağandır
Ekonomiks12:48 16.10.2016

Bu telefonla təyyarəyə minmək qadağandır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni qərara əsasən nəinki Galaxy Note 7 telefon modelini sərnişin özü ilə apara bilməz, hətta təyyarənin yük hissəsinə də təhvil verə bilməz.
ABŞ-da təyyarəyə minərkən özləri ilə Samsung Galaxy Note 7 aparılmasına qadağa qoyulub. Sputnik xəbər verir ki, bu qərarı ABŞ-ın Nəqliyyat Nazirliyi verib. Yeni qərara əsasən nəinki Galaxy Note 7 telefon modelini sərnişin özü ilə apara bilməz, hətta təyyarənin yük hissəsinə də təhvil verə bilməz.  Əgər sərnişinlər gizli halda bu telefon modelini təyyarəyə keçirməyə cəhd edərlərsə və ya baqajlarında bu model telefon aşkarlanarsa, o zaman sərnişin cərimə ediləcəklər və cinayət məsuliyyətinə cəlb olunacaqlar.  
Qeyd edək ki, bu qərarın verilmə səbəbi Galaxy Note 7 modelinin satışa çıxarılmasından sonra bir çox telefonun təbii partlaması və yanması baş verib. Şirkət öncə telefonun batareyalarının yeniləri ilə əvəz etmək qərarına gəlib. Bu da nəticə vermir, yenə də bir çox telefonlarda təbii yanmalar və partlamalar baş verib. Beləliklə, Samsung bu modeli telefonların istehsalını dayandırıb və satılan telefonları geri almağa başlayıb. 
Qaynarinfo.Az