Xəbər lenti

Bu universitetlərdə keçid balı aşağı salındı (SİYAHI)
Ölkə11:20 19.07.2017

Bu universitetlərdə keçid balı aşağı salındı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.

Dövlət İmtahan Mərkəzindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

Aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Müsabiqə şərtləri:

Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimyaLənkəran Dövlət Universiteti

MeşəçilikLənkəran Dövlət Universiteti, Qərb Universiteti

AqronomluqLənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyiNaxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyiNaxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyiAzərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyiQərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyiAzərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqiAzərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət, Aqrar Universiteti

Poliqrafiya mühəndisliyiQərb Universiteti

II ixtisas qrupu üzrə:

MarketinqAzərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, "Odlar Yurdu" Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti

KommersiyaAzərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)Qərb Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti

Turizm və otelçilik       Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Kooperasiya Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, "Odlar Yurdu" Universiteti, Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunmasıNaxçıvan Dövlət UniversitetiLənkəran Dövlət Universiteti

Sosial işNaxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

BaytarlıqLənkəran Dövlət Universiteti

EkologiyaLənkəran Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti

Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı formadadır:

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Qaynarinfo.Az