Xəbər lenti

Bu xəstəxanalara yeni rəhbər təyin olundu
Ölkə06:48 16.03.2020

Bu xəstəxanalara yeni rəhbər təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub. 
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı əmri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb. 
Əmrə əsasən, Əmənullayev Oktay Xalıq oğlu "Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin edilib. 
Qeyd edək ki, bir müddət əvvəl Azadxanov Elnur Ramazan oğlu bu vəzifəyə təyinat almışdı. Dünən o, növbəti əmrlə "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor təyin olunub.