
Bakının əsas yollarından birində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qaynar.info-ya verilən məlumata görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Verilən məlumata görə, Heydər Əliyev prospekti - Kənar yol şəhər istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Qaynar.info


