Türkiyə və Azərbaycan Prezidentlərinin "TEKNOFEST"ə verdiyi dəstək sayəsində dünyaca məşhur olan texnologiya festivalı bu il Azərbaycanda keçirilir. Hər iki ölkə başçısının bu addımı texnologiya sahəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Kosmos Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.
Onun sözlərinə görə, "TEKNOFEST"in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu.
"Bizim üçün bura ikinci vətənimizdir. "TEKNOFEST” Türkiyədə keçirilərkən çox uğur əldə etdi. Eyni uğurları Azərbaycanda da yaşayacağımızdan çox əminəm. Həmçinin, hər iki ölkə başçısının festivalın keçirilməsinə verdiyi dəstək çox mühüm addımdır. Bu gün festivalın son günü olmasına baxmayaraq insanlar hələ də böyük maraq göstərərək buraya gəlirlər”, - deyə o əlavə edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.
Şərhlər