Xəbər lenti

Buffon İtaliya millisinə çağırılmadı
İdman11:12 17.05.2016

Buffon İtaliya millisinə çağırılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada keçiriləcək Avropa çempionatının iştirakçısı İtaliya millisinin baş məşqçisi Antonio Konte mayın 29-da Maltada Şotlandiya ilə yoldaşlıq oyunu üçün heyəti açıqlayıb.

Qaynarinfo.az xəbər verir ki, İtaliya çempionu "Yuventus"un təcrübəli qapıçısı Canluici Buffon milliyə çağırılmayıb.

Qapıçılar: Federiko Marketti ("Latsio"), Antonio Mirante ("Bolonya"), Marko Sportiello ("Atalanta");

Müdafiəçilər: Françesko Açerbi ("Sassuolo"), Davide Astori ("Fiorentina"), Leonardo Bonuççi ("Yuventus"), Armando İtso ("Cenoa"), Ancelo Obintse Oqbonna ("Vest Hem", İngiltərə), Lorentso Tonelli ("Empoli");

Yarımmüdafiəçilər: Marko Benassi, Davide Dzappakosta (hər ikisi "Torino"), Federiko Bernardeski ("Fiorentina"), Antonio Kandreva, Danilo Kataldi, Marko Parolo (hər üçü "Latsio"), Daniele De Rossi, Stefan Əl-Şaaravi, Alessandro Florentsi (hər üçü "Roma"), Lorentso De Silvestri, Roberto Soriano (hər ikisi "Sampdoriya"), Emanuele Cakkerini ("Bolonya"), Jorjinyo ("Napoli");

Hücumçular: Fabio Borini ("Sanderlend", İngiltərə), Eder ("İnter"), Siro İmmobile ("Torino"), Lorentso İnsinye ("Napoli"), Leonardo Pavoletti ("Cenoa"), Qratsiano Pelle ("Sauthempton", İngiltərə).

Qeyd edək ki, İtaliya millisi seçmə mərhələ başa çatdıqdan sonra keçirdiyi 4 yoldaşlıq oyunundan heç birində qələbə qazana bilməyib.

Qaynarinfo.az