Xəbər lenti

Buffon Ronaldo haqda: "O, gələndə bunu itirdik"
İdman11:03 25.12.2021

Buffon Ronaldo haqda: "O, gələndə bunu itirdik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya B Seriyası komandalarından olan "Parma"da çıxış edən Canluici Buffon "Yuventus"la bağlı önəmli açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, təcrübəli qolkiper Kriştiano Ronaldo ilə bağlı da maraqlı fikirlər səsləndirib. Ronaldonun transferinin "Yuventus"un DNT-sini zədələdiyini dilə gətirən təcrübəli italyan qapıçı bu ifadələri işlədib: "2017-ci ildə çox təcrübəli komandayadıq. Çempionlar Liqasının finalına gedərkən bir bütün idik. Ronaldo gələndə bunu itirdik. Ronaldonun "Yuventus"dakı ilk mövsümündə PSJ-də idim və burada nə baş verdiyini bilmirəm. Amma kluba qayıtdıqdan sonra 2 il onunla birlikdə oldum. Birlikdə çox şey əldə etdik, amma kollektiv olduğumuzu deyə bilmərəm"
"Real"dan rekord qiymətlə "Yuventus”a yollanan Kriştiano Ronaldo A Seriyası təmsilçisini xeyli xərcə salıb. Portuqaliyalı ulduzun transferi üçün italyanlar "Real"a 118 milyon ödəyib. Çempionlar Liqasını qazanmaq məqsədi ilə dəvət edilən futbolçu ilk mövsümündə ölkə çempionluğunu qazanıb. Ancaq növbəti ildə gözlənildiyi kimi olmayıb. Çempionluq uğrunda mübarizədən qopan Turin təmsilçisi mövsümü 4-cü pillədə başa vurub.
Ronaldo "Yuventus" forması ilə 134 rəsmi matçda iştirak edib. Portuqaliyalı ulduz bu müddətdə 101 qola, 22 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov