Xəbər lenti

Bugündən Birinci Diviziona start verilir
İdman07:08 14.09.2021

Bugündən Birinci Diviziona start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən Azərbaycan Birinci Divizionu da start götürəcək.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.  "Kəpəz" doğma meydanda "Qəbələ"nin əvəzedicilərini qəbul edəcəksə, "Zaqatala" səfərdə "Keşlə"nin ikinci komandası ilə qarşılaşacaq. Digər oyunda isə "Neftçi" və "Sabah"ın əvəzediciləri üz-üzə gələcək. 
14 sentyabr (çərşənbə axşamı)
"Kəpəz” – "Qəbələ-2”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu, 16:30
"Neftçi-2” – "Sabah-2”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 17:00
"Keşlə-2” – "Zaqatala”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov,  Cavid Cəlilov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASK Arena”, 18:30
Turun qalan görüşləri sabah keçiriləcək.  İkinci oyun günündə "Turan Tovuz" doğma arenada MOİK-i, "Səbail-2" isə "Zirə-2"ni qəbul edəcək. "Qaradağ Lökbatan" isə səfərdə "Sumqayıt-2"nin qonağı olacaq.
15 sentyabr (çərşənbə)
"Turan Tovuz” – MOİK
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu, 16:30
"Sumqayıt-2” - "Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena” (ehtiyat meydança), 16:30
"Səbail-2” – "Zirə-2”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Emin Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASCO Arena”, 18:30
Səbuhi Həsənov