Xəbər lenti

Bulvarda atəşfəşanlıq olacaq
Ölkə08:23 10.06.2013

Bulvarda atəşfəşanlıq olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Bakı Şəhər İcra Hakimiyyəti 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar paytaxtda tədbirlər keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də iyunun 15-də əvvəlcə Dənizkənarı Milli Parkda ölkənin tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert keçiriləcək. Konsertin sonunda isə atəşfəşanlıq olacaq. Tədbirlərin axşam saatlarında keçirilməsi nəzərdə tutulur.

Qaynar.info