Xəbər lenti

Bulvarda intihar edən şəxs xilas edilib
Ölkə18:46 14.07.2014

Bulvarda intihar edən şəxs xilas edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər ruhi xəstə kişi özünü dənizə atıb.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, dərhal hadisə yerinə cəlb edilən nazirliyin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Qeyd edək ki, Dənizkənarı Milli Parkın ərazisində belə intihar hadisələrinə tez-tez rast gəlinir. Statistik məlumatlara görə, özlərini dənizə atmaq istəyənlər arasında sevgilisindən ayrı düşənlər, ruhi xəstələr və yaxud ciddi maddi problemi olanlar üstünlük təşkil edir.

Qaynar.info