
Dənizkənarı Milli Parkda 21 yaşlı qadın döyülüb
Bakıda döyülmə hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Güleyşan Vaqif qızı Mustafayeva naməlum şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info