Xəbər lenti

Bundan sonra Rusiya diplomatları səfərə çıxanda Britaniyanı xəbərdar etməyə məcburdur
Dünya 09:45 19.09.2023

Bundan sonra Rusiya diplomatları səfərə çıxanda Britaniyanı xəbərdar etməyə məcburdur

Böyük Britaniya Rusiyanın hərəkətlərinə cavab olaraq Rusiya diplomatlarını krallıq daxilində səfərlər barədə xəbərdar etməyə məcbur edib.

Qaynarinfo Britaniya parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Britaniya xarici işlər nazirinin müavini Leo Doçerti bildirib

"Rusiyanın Britaniya diplomatları üçün Rusiyada səyahət bildirişi tələblərini tətbiq etmək qərarına cavab olaraq, biz Rusiyanın Londondakı səfirliyi və Edinburqdakı Baş Konsulluğunda akkreditə olunmuş rusiyalı diplomatlar üçün mütənasib, qarşılıqlı səyahət bildirişi tələblərini tətbiq etdik”, - nazir müavini bildirib.

Məmur əlavə edib ki, rusiyalı diplomatlara qoyulan məhdudiyyət Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında nəzərdə tutulan qarşılıqlılıq konsepsiyasına uyğundur.

Qeyd edək ki, iyulun sonunda Rusiya Xarici İşlər Nazirliyi "Britaniya diplomatik missiyalarının əməkdaşlarının ölkə daxilində hərəkəti üçün bildiriş proseduru” tətbiq edib. 

Belə ki, Britaniya diplomatları tədbirdən ən azı beş gün əvvəl "120 kilometrlik sərbəst hərəkət zonasından kənara” səyahət barədə məlumat verməlidirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->