Xəbər lenti

Bundesliqa klubunun futbolçusunun dopinq testi müsbət çıxdı
İdman 11:26 15.11.2022

Bundesliqa klubunun futbolçusunun dopinq testi müsbət çıxdı

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Hamburq"un futbolçusu Mario Vuskoviçin dopinq testi müsbət nəticə göstərib.

Qaynarinfo xəbər verir ki, bu Beynəlxalq Antidopinq Agentliyinin (WADA) keçirdiyi testdən sonra üzə çıxıb. Klubdan verilən açıqlamada Almaniya Futbol Federasiyasının Nəzarət Komitəsinin məsələ ilə bağlı araşdırmaya başladığı bildirilib.

Açıqlamada, "Mario Vuskoviçə qarşı istintaq başladıldı. Hazırda istintaqla bağlı məlumatımız az olduğu üçün ətraflı şərh verməyəcəyik. Vuskoviçin məsələ ilə bağlı müvafiq orqanlara məlumat verməsini dəstəkləyirik və Almaniya Futbol Federasiyası ilə əlaqə saxlayırıq. Zərərdən qorumaq üçün bir müddət məşqdə iştirak etməyəcək. Yeni bir inkişaf olarsa, mümkün olan ən şəffaf şəkildə sizə məlumat verəcəyik" - ifadələrinə yer verilib.

Alman mətbuatında çıxan xəbərdə Vuskoviçin bu həftə ABŞ-da keçiriləcək düşərgə üçün Hamburqa getməyəcəyi və Almaniya Futbol Federasiyasının yaxın günlərdə araşdırmanı tamamlayacağı bildirilib.

Vuskoviç "Hamburq"un "Sandhauzen"i 4:2 hesabı ilə məğlub etdiyi oyunda heyətə daxil edilməmişdi.

Bu mövsüm "Hamburq"un heyətində 18 oyuna çıxan xorvatiyalı futbolçu 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->