
Çelsi klub prezidentinin Burak Yılmaz üçün Qalatasaraylı idarəçilərlə təmasa keçdiyi və il sonunda 25 milyon avro ödəməyə hazır olduğu bildirib.
Çelsi klub prezidentinin Burak Yılmaz üçün Qalatasaraylı idarəçilərlə təmasa keçdiyi və il sonunda 25 milyon avro ödəməyə hazır olduğu bildirib.
Qaynar.info "Eurosport" kanalına istinadən xəbər verir ki, Qalatasaray forması ilə atdığı qollara Türkiyə milli forması ilə də davam edən və Andorra qarşısında da rəqib qapısına yol tapan Burak Yılmaz İngilis nəhəngi Çelsinin radarına düşüb. İngiltərə mətbuatındakı xəbərlərə görə, Avropanın bir çox əhəmiyyətli klubu tərəfindən performansı yaxından izlənilən futbolçu üçün Çelsi prezidenti Roman Abromoviçin klub qərargahlarına əmr verdiyi və Burakın adının Radamel Falcao və Edinson Cavaninin ardından transfer hədəfindəki üçüncü futbolçu olaraq siyahıya daxil edildiyi bildirilir.
İddiaya görə rəsmi təklif olmasa da Abromoviç Qalatasaray ilə çoxdan görüşmələrə başlayıb və mövsüm sonunda ulduz futbolçu üçün 25 milyon avro ödəməyə hazır olduğunu sarı qırmızılı idarəçilərə bildirib.
Qaynar.info