Xəbər lenti

Buraxılış imtahanlarına Azərbaycan dilindən dinləmə mətni əlavə olunacaq?
Ölkə13:30 24.02.2019

Buraxılış imtahanlarına Azərbaycan dilindən dinləmə mətni əlavə olunacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il buraxılış imtahanlarında Azərbaycan dili üzrə dinləmə mətnindən istifadə olunmayacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən azedu.az-a bildirilib. Verilən məlumata görə, yayılan fikirlər həqiqəti əks etdirmir. Lakin adıçəkilən fənn üzrə gələcəkdə dinləmə mətnlərindən istifadə oluna bilər.
Qeyd edək ki, sosial şəbəkələrdə DİM-in nəşr etdirdiyi vəsaitdə Azərbaycan dilindən dinləmə mətnlərinin olduğuna və bu il buraxılış imtahanlarında bu mətnlərdən istifadə olunacağına dair xəbərlər yayılıb.