"Bursaspor" Namik Ələskərovun lisenziya problemini yoluna qoyub.
Qaynarinfo "Bursaspordadabugün"ə istinadən xəbər verir ki, klub ən önəmli transferləri arasında yer alan Namikin lisenziyasına tam hüquqla yiyələnib.
"Timsahlar" Namiki onun "Neftçi" ilə müqaviləsində yer alan "50 min avro qarşılığında sərbəst qalma" maddəsindən yararlanaraq heyətinə qatmışdı. Ancaq transferdən sonra hər iki klub arasında sıxıntılar yaşanmışdı. "Neftçi" rəhbərliyi kluba müraciət etmədən futbolçu ilə görüşdükləri üçün "Bursaspor"dan FİFA-ya şikayət edəcəklərini əsas gətirərək, Namikin lisenziyasını göndərməyi gecikdirimişdi. Bununla yanaşı tərəflər arasında razılıq əldə olunub və "Neftçi" şikayətdən vaz keçib. Gözlənilən sənəd isə Türkiyə təmsilçisinə bu gün çatdırılıb. Beləliklə "Bursaspor" futbolçunu iştirak ərizəsinə salmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.
Namikin "Eyüpspor"la matçda meydana çıxacağı gözlənilir.
Səbuhi Həsənov