Xəbər lenti

Bütün dünya islandiyalı şərhçidən danışır - VİDEO
İdman10:22 28.06.2016

Bütün dünya islandiyalı şərhçidən danışır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avro-2016-nın ən yüksək səsli şərhçisi İslandiyadandır. Söhbət Qudmundur Benedikssondan gedir.

Qaynarinfo.az xəbər verir ki, o bütün dünyada island futbolçuların vurduğu qolları emosional şəkildə bayram etməsi ilə tanınır.

1/8 finalın dünən keçirilən İngiltərə - İslandiya oyununda (1:2) Qummi Ben Kolbeyn Siqtorsson qol vurarkən az qala səsini itərəcəkdi. İnternet istifadəçiləri island şərhçinin sağlamlığından ciddi narahat olublar. Matç zamanı bir çox istifadəçi "Tvitter"də Qummi Benin özünü necə hiss etdiyini və ümumiyyətlə onun yaşayıb-yaşamadığını soruşublar.

Qaynarinfo.az