Xəbər lenti

"Bütün evlərdə yetkinlik yaşına çatmayan qızları karantinə almaq lazımdır"
Ölkə07:14 30.01.2020

"Bütün evlərdə yetkinlik yaşına çatmayan qızları karantinə almaq lazımdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu dəhşətli cinayətdə ilk növbədə hər iki tərəfin valideynləri cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə Masallı rayonunda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın 19 yaşlı əri İman Qəmbərov tərəfindən öldürülməsinə münasibət bildirərkən deyib. 
Kamalə Ağazadə bildirib ki, belə hadisələr cəmiyyətdə psixoloji qorxu yaradır:
"Ata və ana məsuliyyətə cəlb edilsin. Amma onlara neynəyəcəklər? Bu məsələdə qızı öldürəndən başqa heç kimi məsuliyyətə cəlb edə bilməyəcəyik. Bu qədər də olmaz. belə xəbərləri oxuyanlar qorxu keçirir, xəstəlik tapılır, cəmiyyətdə psixoloji problem yaranır".
Kamalə Ağazadə bu evliliyin həddindən artıq erkən baş tutduğunu qeyd edib: "Dəhşətli bir cinayət hadisəsi baş verib. Bir regionda bir-birinin ardınca cinayətlər baş verir. Erkən evlilik... Erkən evlilik... Neyləyək? Bu bölgənin qızlarını karantinə salaq? Heç kəs bu cinayətlərin fərqində deyil. Yeganə yol karantindir ki, onlar qızlarını erkən ərə verməsin. Bütün evlərdə yetkinlik yaşına çatmayan qızları nəzarətə almaq lazımdır. Bunun çıxış yolu budur”.
Qeyd edək ki, Masallıda dəhşətli cinayət baş verib. Yanvarın 29-da rayonun Xoşçobanlı kənd sakini 19 yaşlı İman Qəmbərov iki həftə öncə ailə qurduğu 16 yaşlı Fatimənin öldürüb.
Bahar Rüstəmli