Bakıda bir müddət tikinti bumu yaşandı, bazara çoxsaylı tikinti şirkətləri daxil oldu. Lakin müxtəlif səbəblərdən bir çoxu illərin sınağından çıxa bilmədi. Bu gün haqqında bəhs edəcəyimiz tikinti şirkəti isə ("Orbita" MTK) artıq 10 ilə yaxındır ki, tikinti bazarındadır və intensiv fəaliyyətlə məşğuldur. Şirkətin keçdiyi yol və fəaliyyəti haqqında suallarımızı "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev cavablandırır.
- Famil bəy, xoş gördük. Şirkət haqqında oxucularımıza bir az ətraflı məlumat verməyinizi xahiş edirik.
- Xoş gördük. Ümumilikdə tikinti bazarında 16 ildir ki, fəaliyyət göstəririk. "Orbita” MTK olaraq isə 2012-ci ildən fəaliyyətdəyik. Bu müddət ərzində Bakı şəhərinin müxtəlif rayonlarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi və istismarı ilə məşğul olmuşuq. Bizim MTK öz işlərini həmişə qanunla müəyyən edilmiş norma və standartlar əsasında həyata keçirir. Tikinti ilə bağlı bütün sənədləşmələr müfafiq dövlət qurumları ilə razılaşdırılaraq qanuni şəkildə həyata keçirilir. Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Kömitəsinin nəzarəti altında həyata keçirilir.
Fəaliyyət göstərdiyi müddət ərzində insanların keyfiyyətlii mənzillərlə təmin etmək, onların rahat yaşayışını təmin etmək, sakinlərdə məmnunluq yaratmaq əsas fəaliyyət istiqaməti olmuş və kollektiv intizamlı idarəçilik və məsuliyyət sayəsində buna nail olmuşdur.
Bu illər ərzində MTK Bakının müxtəlif yerlərində çox gözəl və müasir arxitektura tələblərinə tam cavab verən maraqlı layihələr həyata keçirmişdir. 2013-cü ildə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 3245-ci məhəllə ünvanında yerləşən 2 binalı, 213 mənzilli və 17 mərtəbədən ibarət olan "9 MKR” layihəsi inşa edilmişdir. 2013-cü ildə Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi 2520-2522-ci məhəllə ünvanında yerləşən 4 binalı, 443 mənzilli və 17 mərtəbədən ibarət olan "Komfort” layihəsi inşa edilmişdir. 2010-cu ildə Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev, T.Abbasov küçəsindəki 2442-ci məhəllə ünvanında yerləşən 5 binalı, 604 mənzilli, 18 mərtəbədən ibarət olan "İmperial” layihəsi, 2016-cı ildə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçəsindəki 2453-cü məhəllə ünvanında yerləşən 4 binalı 542 mənzil,17 mərtəbədən ibarət olan "Q.Qarayev” layihəsi, 2016-cı ildə Bakı şəhəri, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllə 6 binalı 594 mənzilli,17 mərtəbədən ibarət olan "Planet” layihəsi, 2019-cu idə Bakı şəhəri, Q.Qarayev, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllədə 8 binalı, 476 mənzilli,12 mərtəbədən ibarət olan "Özbəkistan” layihəsi inşa edilmişdir.
- Hazırda tikintisi davam edən layihələriniz varmı? Əhalinin köçürülməsi və yeni mənzillərlə təmin edilməsi hansı şərtlərlə həyata keçirilir?
- Bəli, hazırda Q.Qarayev ərazisində yaşayış kompleksində tikinti işlərini uğurla davam etdirir, 8 ədəd 9 və 12 mərtəbəli yaşayış binaları inşa edirik. Tikinti işləri həmişəki kimi bütün norma və tələblərə əməl edilməklə və nəzərdə tutulmuş müddət çərçivəsində həyata keçirilir.
Q.Qarayev metrosunun yaxınlığında 1950-60-cı illərdə H.Əliyev adına Neftayırma zavodunun işçiləri üçün tikilmiş köhnə 2 mərtəbəli yaşayış binaları sökülmüş və bina sakinlərinə həmin ərazidə tikilmiş yeni yaşayış binalarında yaşadığı mənzildən daha çox yaşayış sahəsi ayrılmış, 30-40 faiz, bəzən hətta 50 faiz əlavə yaşayış sahəsi güzəşt edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulub. "Orbita MTK” da bu qərardan irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirmiş, evləri sökülən sakinlərin tam məmnunluğunu təmin etmişdir. Onlar yeni mənzilə köçənə qədər 2 il kirayə evlərdə yaşamış və bu müddətdə MTK tərəfindən onların kirayə pulu ödənilmişdir. Sakinlər əvvəl yaşadıqları ərazilərdə yeni mənzillə təmin olunmuşlar ki, bu da onlar üçün əlavə bir mənəvi rahatlıq deməkdir, yaşadıqları mühitdən və insanlardan uzaqlaşmırlar.
- Şirkətiniz tikinti normalarına hansı səviyyədə əməl edir? Bugünə qədər rəsmi qurumlardan hər hansı irad olubmu?
- "Orbita” MTK bütün tikinti işlərini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin norma və tələblərinə tam dəqiqliklə əməl etməklə həyata keçirir. Bütün tikinti işləri komitədə ekspertizadan keçirilir, müvafiq rəy alındıqdan sonra tikinti işlərinə başlanıb və dövlət komissiyası tərəfindən istismar üçün qəbul edildikdən sonra sakinlərin ixtiyarına verilmişdir. Bu vaxta qədər MTK-ya dövlətin məsul qurumları- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşayış binalarının tikintisi və istismarı ilə bağlı heç bir irad bildirilməmişdir.
Tikilmiş binaların həyəti hərtərəfli abadlaşdırılır, yaşıllıqlar salınır, uşaqlar üçün istirahət və əyləncə meydançaları salınmışdır, lazımı avadanlıqlarla təmin edilmişdir, sakinlər üçün də istirahət yerləri yaradılmışdır
- Bəs istifadəyə verilmiş yaşayış binalarının istismarı kim tərəfindən həyata keçirilir? Günlük ortaya çıxan problemlər hansı formada həll olunur?
- İstifadəyə verilmiş yaşayış binalarının istismarı "Orbita MTK”-nın tərkibində yaradılmış "Orbita-servis” MMC tərəfindən həyata keçirilir. Servis bütün kommuniikasiyaların gündəlik fəaliyyətinə, binaların təmizliyi, qaz, işıq, su və s. təminatı, sanitar məsələlərini aidiyyatı dövlət qurumları ilə əlaqəli surətdə fəaliyyətini qurmaqla tam normal şəkildə təmin edir ki, sakinlərin heç bir narazılığı olmur. İşlər yüksək intizam və məsuliyyət əsasında qurulduğundan bütün problemlər operativ şəkildə həll olunur, sakinlərin ehtiyaclarına, müraciətlərinə çox həssas münasibət göstərilir, yaranan nasazlıq, ya çatışmazlıqlar tez və operativ şəkildə aradan qaldırılır. Yaşayış binası sakinlərinin MTK-nın fəaliyyətindən tam razılığı və ürəkdolusu xoş sözləri kollektivin yüksək intizamlı fəaliyyətini göstərir.
Fəaliyyət göstərdiyi müddət ərzində insanların keyfiyyətli mənzillərlə təmin etmək, onların rahat yaşayışını təmin etmək, sakinlərdə məmnunluq yaratmaq məqsədi əsas fəaliyyuət istiqaməti olmuş və kollektiv intizamlı idarəçilik və məsuliyyət sayəsində buna nail olmuşdur.
- Bəzən yeni binaların tikintisi zamanı ekoloji məsələlərə soyuq münasibət hiss olunur. Ağacların kəsilməsi hallarına rast gəlinir. Sizin şirkət bu mövzularda necə davranır?
- Bizim şirkətdə ekoloji problemlərin həlinə xüsusi diqqət göstərilir. Köhnə binaların sökülməsi zamanı ərazidə olan ağaclar kəsliməyib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərmiş, yaşayış binalarının altına düşən ağaclar nazirliyin rəyi əsasında bu qurumun əməkdaşlarının iştirakı ilə kökündən çıxarılmış və başqa ərazidə əkilmişdir. MTK heç vaxt qanunsuz ağac kəsilməsi hallarına qətiyyən yol verməmişdir və bu vaxta qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən heç bir irad bildirilməmişdir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/4Qn7FnWXQGY" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
- Kollektivdaxili əmək münasibətləri necə tənzimlənir?
Kollektivdə 200-ə yaxın adam çalışır. Bütün işçilərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb, onların işə qəbulu da qanuni tələblərə uyğun şəkildə həyata keçirilir, bacarıq və qabiliyyətini yoxlamaq məqsədilə testdən keçirilir. Tikiinti işlərinin təhlükəsizliyi, əməyin mühafizəsi ilə bağlı bütün qanuni normativlərə və tələblərə tam əməl olunur, işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı bütün məsələlərə MTK-da böyük önəm verilir və bu məsələlər prioritet istiqamət kimi ciddi nəzarətdə saxlanılır. MTK-nın apardığı tikinti işləri zamanı hər hansı xəta və ya əməyin mühafizəsii ilə bağlı heç bir qanun pozuntusuna yol verilməyib, hər şey qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Ona görə də bu vaxta qədər müvafiq dövlət qurumları və aidiyyatı təşkilatlar tərəfindən MTK-ya heç bir irad bildirilməmişdir.
- Sonda özünüz haqqında da qısa məlumat verməyinizi xahiş edirik.
- Özüm sadə zəhmətkeş kəndli ailəsində böyümüşəm. Zəhmət və əziyyətin nə olduğunu öz taleyimdə yaşadığımdan həmişə insanlara qarşı həssas və mərhəmətli davranmağa çalışıram, zəhmət adamına dəyər verirəm. Vətənimə, xalqıma, ölkə Prezidentinə sədaqətliyəm. Dövlət və xalq mənafeyi naminə keçirilən bütün tədbir və aksiyalarda ən fəal iştirakçılardan biri oluram. İstər kollektivdə, istər yaşadığım ərazidə və qurumun yerləşdiyi ərazinin icra strukturları bizi xeyriyyəçi kimi tanıyırlar. Şəhid ailələrinin, qazilərin, veteranların, ehtiyacı olan insanların problemlərinə, bizə müraciət edənlərin xahişlərinə həmişə böyük həssaslıq və qayğı ilə yanaşıram. Bu barədə olduqca çoxlu faktlar söyləmək olar. Ancaq aldığımız tərbiyə, keçdiyimiz həyat yolu mənə bunları dilə gətirməməyi öyrədib.
Aydın
Qaynarinfo