Sentyabrın 28-i saat 17 radələrində Buzovna qəsəbəsində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
Qaynarinfo xəbər verir ki, 1990-cı il təvəllüdlü Aydın Gülağa oğlu Nəcəfovun idarə etdiyi BMW markalı avtomobilin idarəetmədən çıxaraq daş hasara çırpılıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Aydın Nəcəfov gecə saatlarında vəfat edib.
"Report"a istinadən hadisənin görüntülərini təqdim edirik:
Şərhlər