
Azərbaycanın Beynəlxalq Multikultural Şəbəkəsinin Böyük Britaniyanın mətbuatında Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı məqaləsi dərc olunub.
Noyabrın 8-də Böyük Britaniyanın tanınmış Multikulturalizm qəzeti sayılan “The Prisma” mətbu orqanında Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədovanın ispan dilində “Multiculturalismo de Azerbaiyán: un ejemplo para el mundo”(Azərbaycanın multikulturalizmi:dünyaya bir nümunə) adlı məqaləsi çap olunub.
Məqalədə Xəyalə Məmmədova multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olması, əsrlərdir ki, xalqımızın tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr vermesi haqqında məlumat verib.
Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri olduğunu qeyd edib. Müəllif Azərbaycan tarixini, mədəniyyətini, dövlətçiliyini və bu gün ölkəmizdə həyata keçirilən uğurlu multikulturalizm siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Mətnin orjinal versiyası ilə bu link vasitəsi ilə tanış ola bilərsiniz
Qaynarinfo.Az