Xəbər lenti

Böyük Britaniyanın Aberdin şəhərində Xocalı faciəsi anılıb
Ölkə12:53 22.02.2016

Böyük Britaniyanın Aberdin şəhərində Xocalı faciəsi anılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aberdin  Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulanıb. K.Əliyev Ermənistan tərəfindən lkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirib.

K.Əliyev Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirmiş, bu soyqırıma siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.

Qaynar.info