Xəbər lenti

Böyük Dəbilqə: Məmmədəli Mehdiyev qızıl, Zelim Kotsoyev bürünc medal qazandı
İdman18:19 19.02.2022

Böyük Dəbilqə: Məmmədəli Mehdiyev qızıl, Zelim Kotsoyev bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 
"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib. 
Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) qızıl medala yiyələnib. 
Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.