Xəbər lenti

"Böyük Dəbilqə"dəki qazancımız 2 gümüş oldu
İdman08:45 07.02.2022

"Böyük Dəbilqə"dəki qazancımız 2 gümüş oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın 52 ölkəsindən 285 idmançının qatıldığı və Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Azərbaycanı turnirdə 6 cüdoçu təmsil edib. Baş məşqçi Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandamızın üzvləri müxtəlif çəki dərəcələrində qüvvələrini sınayıb. İdmançılarımızdan Kəramət Hüseynov -60, Rüstəm Orucov və Hidayət Heydərov -73, Məmmədəli Mehdiyev -90, Zelim Kotsoyev - 100, Uşanqi Kokauri isə +100 kq çəki dərəcəsində mübarizə aparıb. 
Yarışın ikinci günündə cüdoçularımız Məmmədəli Mehdiyev və Uşanqi Kokauri gümüş medallara sahib olublar. Bununla da Azərbaycan yığma komandası "Böyük Dəbilqə" turnirini 7-ci yerdə başa vurub.
Növbəti "Böyük Dəbilqə" turniri 17-19 fevral, 2022-ci il tarixlərində İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək. 
Səbuhi Həsənov