
Bu gün Topaz Premyer Liqasının XII turu çərçivəsində ən maraqlı qarşılaşmalardan biri Bakıda “Neftçi” ilə “Xəzər Lənkəran”komandaları arasında keçiriləcək.
Qaynar.info xəbər verir ki, prinsipial rəqiblər saat 19:00-da “Bakcell Arena” stadionunda qarşılaşacaqlar. Bu cütlük arasında birinci dövrədə keçirilən ilk oyun qolsuz bərabərliklə və qalmaqalla yekunlaşıb. Oktyabrın 23-də isə Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda görüşdə “Xəzər Lənkəran”2-1 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxmışdı.
Saat 19:00 “Bakcell Arena” stadionu
“Neftçi”- “Xəzər Lənkəran”
Qaynar.info