Xəbər lenti

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək
Ölkə15:40 21.09.2018

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"I sinifdə böyük summativ qiymətləndirmə ləğv olunub”
Qaynarinfo AzEdu.az-a istinadən  xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan "Həftənin sualı" verilişində Təhsil nazirliyinin sektor müdiri Vidadi Bağırov  deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən ümumi təhsil pilləsində hər səviyyənin sonunda böyük summativ qiymətləndirmə keçiriləcək:
"I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız  kiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək. Kiçik summativ qiymətləndirmələr yarımildə 3 dənədən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq".