
Dünən keçirilən Çelenc Kubokunun (Challenge Cup) 3-cü mərhələsinin ABU (Bakı) - "Femina" (Vize) oyununda Avropa Həndbol Federasiyasının (AHF) nümayəndəsinin azərbaycanlı olmasına aydınlıq gəlib.
Qaynarinfo.Az xəbər verir ki, israilli İtjak Hartın Bakıya son anda gələ bilməməsi onun atasının rəhmətə getməsi ilə bağlı olub. Nəticədə AHF post-major hal kimi bu funksiyanı azərbaycanlı beynəlxalq referi İsgəndər Əsgərovun yerinə yetirməsini xahiş edib.
Qeyd edək ki, İsgəndər Əsgərov AZAL şirkətinin prezidenti Cahangir Əsgərovun qardaşı oğludur.
Qaynarinfo.Az