Qarışıq döyüş növləri (MMA) üzrə dəfələrlə dünya çempionu, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko Azərbaycana gələcək.
Qaynar.info xəbər verir ki, Avropa MMA Assosiasiyasının vitse-prezidenti RövşənHəsənovun sportpress.az-a verdiyi məlumata görə, Fyodr Yemelyanenko onundəvətini qəbul edərək noyabrın 15-16-da Bakıda keçiriləcək həvəskarlararasında Avropa çempionatında fəxri qonaq qismində iştirak edəcək.
FyodrYemelyanenkoyla bərabər Ümumdünya Qarışıq Döyüş novləriAssosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn də yarışın açılışmərasiminə qatılacaq.
Qeyd edək ki, WMMAA-nınfəxri prezidenti olan Fyodr Yemelyanenko ötən ilin dekabrında ilk dəfəBakıya gəlib. Həmin zaman Yemelyanenko MMA üzrə Dünya Kubokunda iştirakedib. Qaynar.info