Xəbər lenti

Canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi
Ölkə20:10 24.09.2025

Canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər rayon sakininin "Tiktok" sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Bu barədə Agentlikdən bildirilib.
Sözügedən uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilib.