Xəbər lenti

De Byazi: "Bir gündə hər şeyi dəyişmək olmaz"
İdman18:52 31.08.2021

De Byazi: "Bir gündə hər şeyi dəyişmək olmaz"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Lüksemburq - Azərbaycan matçıöncəsi millimizin baş məşqçisi Canni De Byazinin oyunöncəsi mətbuat konfransı keçirilib. 
Qaynarinfo xəbər verir ki, italyan mütəxəssis bunları söyləyib:
"Sabah qrupda 3-cü oyunumuzu keçirəcəyik. Çox vacib qarşılaşmadır. İlk iki oyunumuz qrupun ən güclü komandalarına qarşı olub. Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik.
Bir gündə hər şeyi dəyişmək olmaz. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Komandamız getdikcə daha da inkişaf edir. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".
Görüş sabah "Stade de Luxemboug”da Bakı vaxtilə saat 22.45-də start götürəcək.
Səbuhi Həsənov