Xəbər lenti

Canni De Byazi: "Qrupda öz sözümüzü deyə bilərik"
İdman19:12 16.12.2021

Canni De Byazi: "Qrupda öz sözümüzü deyə bilərik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu söyləməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda öz sözümüzü deyə bilərik".
Səbuhi Həsənov