İdman 14:42 30.05.2022

Canni De Byazi yığmamızın 4 oyun üçün heyətini açıqladı

Yığmamızın Millətlər Liqasında iyunda keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komandamız UEFA Millətlər Liqası çərçivəsində iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 6-da Serbiyanın Novi Sad şəhərində Belarus, 10-da və 13-də isə Bakıda müvafiq olaraq Slovakiya və Belarus milli komandaları ilə qarşılaşacaq.
 
Oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayan yığmaya 26 futbolçu dəvət alıb.
 
N
AD / SOYAD
KLUB
1
 Səlahət Ağayev
Sabah
2
 Emil Balayev
Turan (Qazaxıstan)
3
 Şahrudin Məhəmmədəliyev
Qarabağ
4
 Bədavi Hüseynov
Qarabağ
5
 Maksim Medvedev
Qarabağ
6
 Toral Bayramov
Qarabağ
7
 Bəhlul Mustafazadə
Qarabağ
8
 Abbas Hüseynov
Qarabağ
9
 Qismət Alıyev
Zirə
10
 Cəlal Hüseynov
Zirə
11
 Höccət Haqqverdi
Sumqayıt
12
 Anton Krivotsyuk
Visla (Plotsk, Polşa)
13
 Azər Salahlı
Neftçi
14
 Bəxtiyar Həsənalızadə
Sabah
15
 Riçard Almeyda
Qarabağ
16
 Qara Qarayev
Qarabağ
17
 Coşqun Diniyev
Zirə
18
 Eddi İsrafilov
Neftçi
19
 Emin Mahmudov
Neftçi
20
 Aleksey İsayev
Sabah
21
 Anatoli Nuriyev
Sumqayıt
22
 Ramil Şeydayev
Qarabağ
23
 Dmitri Nazarov
Erzgebirge Aue (Almaniya)
24
 Namik Ələskərov
Bursaspor (Türkiyə)
25
 Renat Dadaşov
Tondela (Portuqaliya)
26
 Mahir Emreli
Dinamo (Zaqreb, Xorvatiya)

Səbuhi Həsənov