Xəbər lenti

Ölkə 18:11 23.06.2023

"Capayev Pro 023”də 15 minlik oğurluq: 4 min uduzdu, 3 il həbsdə yatacaq

Bakıda avtoyuma məntəqəsində "Mercedes-Benz GL 63 AMG” markalı avtomobildən 15 min manat pul oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi 19 ünvanında yerləşən "Capayev Pro 023” avtoyuma məntəqəsində baş verib. Hadisəni isə orda avtoyuyucu işləyən 1992-ci il təvəllüdlü Aydın (şərti) adlı şəxs törədib. 

O, "Mercedes Benz GL 63” markalı avtomobilin içini təmizləyərkən ön sol oturacağının kənarına qoyulmuş qara rəngli pul kisəsinin içərisində olan pulu görüb və oğurlayıb. 

Aydın avtomobil sahibinin kənarda olmasından istifadə edib pul kisəsinin içərisində olan pulların hamısını götürüb və fikir yayındırmaq üçün iş yoldaşını çağıraraq şüşələri silməsini istəyib, özü isə avtoyuma məntəqəsinin arxa hissəsinə keçərək ə oradan uzaqlaşıb. 

Səhəri gün Sabunçu rayonu, Razin adlanan yerdə 4050 ABŞ dolları pulu özünə məxsus "Unibank" kartına, 1970 manat pulu isə "Leobank" kartına qoyub. Bundan başqa Neftçilər ərazisində mərc oyunları oynanılan ofisdə 4000 manat pul uduzub. Saxlanılan zaman üzərində olan 320 manat pulu da istintaqa təhvil verib. 

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Aydın 3 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->