Xəbər lenti

CAS ərəblərin "Sabah"dan şikayətini təmin etmədi
İdman08:45 08.09.2023

CAS ərəblərin "Sabah"dan şikayətini təmin etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı "Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn” klubu arasında olan mübahisəli məsələylə bağlı qərar verib.
 
Qaynarinfo-nun məlumatına görə, CAS "Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə "Sabah"ın xeyrinə çıxardığı qərarı qüvvədə saxlayıb.
Qərarda "Əl-Əyn”in 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği "Sabah” FK-ya ödəməli olması qeyd edilib. 
Səbuhi Həsənov