Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin "Kayserispor"dan şikayəti təmin edilməyib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvat mütəxəssis almalı olduğu bonus səbəbiylə açdığı iddiada, Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) klubu haqlı çıxarıb. Bu barədə "Kayserispor"un sözçüsü Samet Koç, məlumat verib. O, CAS-ın məhz klubu haqlı gördüyünü söyləyib.
Prosineçki liqada qalacağı təqdirdə 2019-2020 mövsümündə ona vəd edilən 250 min avro mükafat verilmədiyi üçün FİFA-ya şikayət ünvanlayıb. 2019-2020-ci il mövsümünün sonunda "Kayserispor"un liqanı sonuncu pillədə bitirməsindən, lakin "Covid-19" epidemiyası səbəbindən aşağı liqaya düşmənin ləğv edilməsindən sonra FİFA Prosineçkini haqlı çıxarmamışdı. Bu səbəbdən "Kayserispor" CAS-a müraciət etmişdi.
Səbuhi Həsənov