Azəryol” voleybol klubunun bazasında 2014-2015-ci il mövsümünün açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Cavid Qurbanovun rəhbəlik etdiyi klubun tədbirində “Azəryol”un öz talismanı - “Yola” təqdim olunub. Mərasimdə “Azəryol”un şərəfini qoruyacaq oyunçular təqdim edilib. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, əməkdar məşqçi Faiq Qarayev çıxış edərək Cavid Qurbanova təşəkkür edib, həm öz adından, həm də Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb.
Klubun prezidenti Cavid Qurbanov çıxışında qeyd edib ki, bu gün ölkəmizdə idmana və idmançilara prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır. Mərasimdə “Azəryol” voleybol klubunun himni təqdim edilib. Himnin sözlərinin müəllifi C. Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.