Xəbər lenti

Çavuşoğlu Azərbaycanın öz torpaqlarını azad etməsini türk dünyasının özünə əminliyi adlandırdı
Ölkə 23:03 05.05.2023

Çavuşoğlu Azərbaycanın öz torpaqlarını azad etməsini türk dünyasının özünə əminliyi adlandırdı

Bugünkü Türkiyə illər öncə mövcud olsaydı Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı olmazdı.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin o zamanki hakimiyyəti erməni işğalına qarşı Azərbaycana dəstək vermədi.

Nazir, həmçinin türk dünyasının gücləndirilməsinin lazım olduğunu da vurğulayıb.

"Bizim gücümüzü birləşdirmək lazımdır. Azərbaycanın öz torpaqlarını işgal altından azad etməsilə türk dünyasının özünə əminliyi bərpa olub. Hər kəs də (Türk Dövlətləri Təşkilatına üzv ölkələr) deyir ki, bizim də ehtiyacımız olsa, Türkiyə bizim də yanımızda olacaq”, - deyə nazir əlavə edib.
--> -->